Hadisə ötən il baş verib
Bakucity.az xəbər verir ki, paytaxtda arvadını qətlə yetirməkdə təqsirli bilinən Həsənov Fazil Şahlar oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Fikrət Qəribovun sədrliyi ilə keçiriləcək hazırlıq iclası aprel ayının 22-nə təyin olunub.
Hadisə ötən il Nərimanov rayonunda baş verib. Fazil Həsənov həyat yoldaşı Xoşqədəm Həsənovanı kirayə qaldıqları mənzildə, 11 yaşlı oğlunun gözü qarşısında bıçaqla qətlə yetirib.
Bakucity.az