“Bakı 2019” Avropa Gənclər Olimpiya Festivalının məşəli yandırılacaq

“Bakı 2019” Avropa Gənclər Olimpiya Festivalının məşəli yandırılacaq

Festivalda 50 ölkədən 3600-a yaxın idmançının iştirakı gözlənilir

Bakucity.az xəbər verir ki, aprelin 12-də İtaliyanın Roma şəhərində “Flame of Peace Lighting Ceremony” adlı “Bakı 2019” Avropa Gənclər Olimpiya Festivalının məşəl yandırma mərasimi gerçəkləşəcək.

Tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibin müavini Azər Əliyev, “Bakı 2019” Avropa Gənclər Olimpiya Festivalının İşçi Heyətinin rəhbəri Nikki Əfəndi, “Bakı 2019” Korporativ direktor Elçin Səfərov, GİN Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Namiq Novruzov, MOK-un Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Anar Bağırov, GİN İdman şöbəsinin rəisi Fərid Mansurov, atletlər Kəramət Hüseynov və Raziya Əliyeva istirak edəcəkdir.

Mərasimdə Avropa Olimpiya Komitəsinin prezidenti Yanez Kotsiyançiç, İtaliya Olimpiya Komitəsinin prezidenti Covanni Malaqo və digər Olimpiya Komitələrinin nümayəndələrinin iştirakı da gözlənilir.

Avropa Gənclər Olimpiya Festivalı 21-28 iyul tarixlərində Bakıda keçiriləcək.

Ümumilikdə 50 ölkədən 3600-a yaxın idmançının iştirakı gözlənilir. Festival gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş idman növləri üzrə keçiriəcəkdir.

Tədbirdə 2500-dən çox könüllü 12 idman obyektində fəaliyyət göstərəcəkdir.

Bakucity.az

“Bakı 2019”
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər