Bakıda bu yolda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda bu yolda hərəkət tam məhdudlaşdırılacaq

Bu barədə BNA məlumat verib

Bakucity.az xəbər verir ki, 74 yol kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində Bülbül prospekti və M.Füzuli küçələrinin kəsişməsində sarı kəsişmə toru nişanlanması təşkil ediləcək.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu gün axşam saat 23:00-dan sabah səhər saat 06:00-dək qeyd edilən kəsişmədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Agentlikdən verilən məlumata görə, ilkin hesablamalara əsasən 74 yol kəsişməsi layihəsinin icrası ilə şəhərin mərkəzi küçə və prospektlərində nəqliyyat şəraiti xeyli yaxşılaşacaq.

Yolların nəqliyyat buraxma qabiliyyəti artacaq, hərəkətin intensivliyi təmin ediləcək. Bu isə öz növbəsində hərəkət iştirakçılarının xüsusən də ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin tıxacda qalaraq vaxt itirməsinin qarşısının alınması baxımından əhəmiyyətlidir.

Bakucity.az

yol
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər