Bakıda Nəsiminin 650 illik yubileyi münasibətilə müsabiqə keçirilir

Bakıda Nəsiminin 650 illik yubileyi münasibətilə müsabiqə keçirilir

Müsabiqəyə start verilib

Bakucity.az xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Zığ qəsəbə Mədəniyyət evi Suraxanı rayon Mərkəzi Kitabxana Sisteminin 3 saylı filialı ilə birgə dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar şeir müsabiqəsinə start verib.

Müsabiqə ölkəmizdə bu ilin “Nəsimi ili” elan olunması münasibətilə təşkil olunub.

Müsabiqənin birinci turu Qəhrəman Qəhrəmanov adına 65 nömrəli tam orta məktəbdə keçirilib.

Müsabiqə iştirakçıları Mədəniyyət evinin, kitabxananın əməkdaşlarından və məktəbin ədəbiyyat müəllimlərindən təşkil edilmiş münsiflər heyəti tərəfindən dinlənilib.

Münsiflər heyətinin yekun qərarı ilə ilk turun iştirakçıları arasında seçim edilib.

Müsabiqənin ikinci turu aprelin 12-də 317 nömrəli tam orta məktəbdə keçiriləcək.

Bakucity.az

müsabiqə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər