Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən toyuq sexi aşkarlandı - FOTO

Toyuqlar donuzlarla eyni yerdə saxlayırmışlar

Bakucity.az xəbər verir ki, paytaxtda antisanitar şəraitdə fəaliyyət göstərən daha bir toyuq sexi aşkarlanıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində keçirilən monitorinqlər nəticəsində Ramiz Kərimova məxsus qanunsuz fəaliyyət göstərən sexdə müxtəlif təsərrüfatlardan qəbul olunan və heç bir mənşə sənədi olmayan quşların kəsimi və emalının həyata keçirildiyi aşkarlanıb.

Baxış zamanı məlum olub ki, sexdə baytarlıq-sanitar və sanitar-gigiyenik normaların ciddi şəkildə pozulduğu, anti-sanitar şəraitdə quş kəsimi və təmizlənməsi həyata keçiriir.

Qanunsuz emal sahəsində 500 ədəd soyudulmuş toyuq cəmdəyi aşkar olunub. Toyuqların heç bir texniki-normativ tələblərə əməl edilmədən kustar üsulla kəsildiyi, daha sonra antisanitar şəraitdə tükdən təmizləndiyi və uzun müddət su ilə doldurulmuş natəmiz vannalarda saxlanıldığı müəyyən olunub.

Həmçinin, qanunsuz emal sexinin donuz yetişdirmə sahəsi ilə eyni ərazidə olduğu aşkarlanıb.

Bakucity.az

qanunsuz
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
5 baxış sentyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Paytaxtın Xəzər rayonu Binə qəsəbəsi ərazisində it itib Bakucity.az-ın xəbərinə görə, Spaniel cinsli itin sahibi bildirib ki, onu tapan şəxsi mükafatlandıracaq. Ev heyvanını tapan şəxslərdən xahiş olunur ki, (050) 391 71 17 və ya (055) 391 71 17 telefon nömrəsi ilə əlaqə saxlasınlar. Bakucity.az
Cəmiyyət
Bu gün, sentyabrın 16-da, Azərbaycanda Bilik günü qeyd edilir Yeni tədris ilində Bakıda 414 844 şagird təhsil alacaq. IX sinifdə 32 315, X sinifdə 22 795, XI sinifdə 18 896, XII sinifdə isə 198 şagird oxuyacaq. Bakucity.az bu il ilk dəfə birinci sinfə gedən uşaqların həyəcanını fotoaparatın yaddaşına köçürüb. Nicat Alili Bakucity.az
Cəmiyyət
Bakıda yol-hərəkət qaydalarını kobud şəkildə pozan avtobus sürücüləri kameraya düşüb.  Bakucity.az xəbər verir ki, görüntülər Zabrat yolunda qeydə alınıb. Kadrlardan da görünür ki, 204 və 40 nömrəli marşurut xətti üzrə hərəkətdə olan avtobusların sürücüləri əks yola çıxaraq qaydaları pozublar.  Bundan əlavə qarşı tərəfin yolunda 40 nömrəli avtobusun sürücüsü “ötmə” əməliyyatı da edərək daha təhlükəli vəziyyət yaradıb. Bakucity.az
Hadisələr
Hadisə qısqanclıq zəminində baş verib Paytaxtın Sabunçu rayonunda kişi keçmiş həyat yoldaşının üstünə benzin tökərək yandırıb. Bakucity.az xəbər verir ki, hadisə ailə münaqişəsi zəminində baş verib. Belə ki, 38 yaşlı Rasim Əhmədov keçmiş həyat yoldaşı, 33 yaşlı Aynurə Məmmədzadənin Maştağa qəsəbəsində yaşadığı evinə gedib.  Burada keçmiş həyat yoldaşı ilə mübahisə edən R.Əhmədov onun üzərinə benzin tökərək diri-diri yandırıb. Xəstəxanaya çatdırılan A. Məmm...
Cəmiyyət
Bu gün Azərbaycanda yeni tədris ilinin ilk dərs günüdür Bakı Nəqliyyat Agentliyi (BNA) yeni tədris ilinin başlanması ilə əlaqədar əhaliyə müraciət edib. Bakucity.az-ın xəbərinə görə, müraciətdə bildirilir ki, yeni dərs ilinin ilk günü ilə bağlı paytaxt Bakıda küçə və prospektlərdə, təhsil müəssisələrinin qarşısında sıxlıq yarana bilər: “Sıxlığın qarşısını almaq üçün ictimai nəqliyyatdan istifadə edək”. Qeyd edək ki, bu gün Azərbaycanda 2019-2020-ci tədris...
Cəmiyyət
Məktəbdə 960 şagird üçün yer var Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 16-da Bakının Binəqədi rayonundakı 300 nömrəli tam orta məktəbin 960 şagird yerlik yeni tədris kompleksinin açılışında iştirak ediblər. Bakucity.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb. Bakucity.az
Cəmiyyət
Canlı musiqi adi iş günlərini gözəlləşdirir Sentyabrın 16-da, yeni dərs ilinin ilk günündə “Azərbaycan Dəmir Yolları” paytaxt sakinləri üçün sürpriz hazırlayıb. Bakucity.az xəbər verir ki, Dəmiryolu vağzalı ərazisində səhər saatlarında təşkil olunan proqram çərçivəsində canlı musiqi ifa olunub. Şəhər sakinləri və paytaxtımızın qonaqları bunu maraqla qarşılayıblar. Sosial şəbəkələrdə paylaşılan videolarda istifadəçilər qeyd ediblər ki, belə tədbirlərin çox...
Hadisələr
Qəza kameraya düşdü Bakıda baş vermiş ağır yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.  Bakucity.az xəbər verir ki, taksi sürücüsü piyada keçidində yaşlı kişinin üstündən keçib.  Daha sonra isə geriyə verərək ikinci dəfə onu təkərin altında qoyub.  Hadisə nəticəsində piyada yerindəcə dünyasını dəyişib. Qeyd edək ki, qəza zamanı taksi sürücüsü piyada keçidinə yaxınlaşanda nəqliyyat vasitəsinin sürətini azaltmayıb. (Avtosfer.az) Bakucity.az
Hadisələr
YPX əməkdaşları xəsarət alıblar Ötən gün, sentyabrın 15-də, paytaxtın Binəqədi rayonunda yol polisi avtomobili avtobusla toqquşub. Bakucity.az xəbər verir ki, hadisə “Monto Kristo” restoranı yaxınlığında qeydə alınıb. Qəza zamanı yol polisi əməkdaşları xəsarət alıb. Faktla Bağlı Binqəqədi RPİ-də araşdırma başlanılıb. Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, hadisə ehtiyatsızlıqdan baş verib.  “Xəsarə...