Bakıda Əhməd bəy Ağaoğlunun 150 illiyi keçiriləcək

Bakıda Əhməd bəy Ağaoğlunun 150 illiyi keçiriləcək

Bununla bağlı dövlət başçısı sərəncam imzalayıb

Bakucity.az xəbər verir ki, Prezident İlham Əliyev görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun (Əhməd bəy Mirzə Həsən oğlu Ağayevin) anadan olmasının 150 illiyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda Milli Elmlər Akademiyasına Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə görkəmli ictimai xadim Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Sərəncamda bildirilir ki, Əhməd bəy Ağaoğlu ötən əsrin əvvəllərindən etibarən Azərbaycanda və onun hüdudlarından kənarda cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərdə fəal iştirak edib və milli oyanış hərəkatının ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınıb.

Qeyd edək ki, bu il Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyidir. 

Bakucity.az

150 illik
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər