Bakıda növbəti bina yandı - xəsarət alanlar var

Bakıda növbəti bina yandı - xəsarət alanlar var

3 mərtəbəli bina yanır

Bakucity.az xəbər verir ki, aprelin 11-i axşam saatlarında Bakının Nəsimi rayonu ərazisində, Füzuli və Topçubaşov küçələrinin kəsişməsində, “Günaybank”ın arxasında yerləşən 3 mərtəbəli bina yanır.

Yanğından xəsarət alanlar var.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirovun dediyinə görə, təcili yardım briqadaları artıq hadisə yerindədir.

Yanğında xəsarət alan 57 yaşlı qadın başın 2-ci dərəcəli yanığı diaqnozu ilə Klinik Tibbi Mərkəzə çatdırılıb. 16 yaşlı oğlan isə zəhərlənmə diaqnozu ilə həmin xəstəxananın taksikologiya şöbəsinə yerləşdirilib. Virtualaz.org

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər