Bakıda növbəti yanğın hadisəsi - VİDEO

Bakıda növbəti yanğın hadisəsi - VİDEO

17 yaşlı qız tüstüdən zəhərlənib

Bakucity.az xəbər verir ki, Bakının Nəsimi rayonunda Ə.Topçubaşov küçəsi 46 ünvanında yerləşən ikimərtəbəli yaşayış binasında mənzillərin birində yanğın baş verib.

Yanğın Qəbələ rayon sakini 65 yaşlı Sevda Manzarinin yaşadığı bir otaqlı mənzildə baş verib. Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilir. 

Hadisə yerinə FHN-nin yanğınsöndürmə briqadası və təcili tibbi yardım əməkdaşları çağırılıb. Yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb.

Hadisə nəticəsində ev sahibi ciddi yanıq xəsarətləri alıb. Qonşuluqda yaşayan 17 yaşlı qız isə tüstüdən zəhərlənib.

Hər 2 yaralı dərhal xəstəxanaya çatdırılıb. Qızın xəsarətlərinin yüngül olduğu deyilir.

Məlumata görə, Sevda Manzari mənzildə tək yaşayır.

Faktla bağlı araşdırma aparılır. Baku Tv

Bakucity.az

yanğın
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər