Bakıda sərnişin avtobusu qadını vurdu

Bakıda sərnişin avtobusu qadını vurdu

Bakının Xəzər rayonunda sərnişin avtobusu yolu keçən piyadanı vurub.

Bakucity.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində qeydə alınıb.

Həmin ərazidə yolu keçmək istəyən 54 yaşlı Əliyeva Elmira Ayıl qızını 160 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu vurub.

Yaralı təcili tibbi yardım vasitəsilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Hazırda vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır. ONA

Bakucity.az

qəza
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər