Hadisə məcburi köçkünlərin yadağı binada baş verib
Bakucity.az xəbər verir ki, Bakının Nizami rayonunda məcburi köçkünlərin yaşadığı binada baş vermiş yanğın hadisəsində xəsarət alanların adları açıqlanıb.
Məlumata görə, yanğında 59 yaşlı Kazım Məstanov xilas olmaq üçün özünü binanın 2-ci mərtəbəsindən aşağı atıb. O, döş qəfəsinin əziyi diaqnozu ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
Yanğında xəsarət alan 30 yaşlı Şəhanə Qasımovanın ayağı kəsilib. Tüstüdən zəhərlənən 38 yaşlı İsmayıl Hüseynova, 40 yaşlı Elmidar Həsənova, 34 yaşlı Baba Mehdiyevə isə yerində tibbi yardım göstərilib.
Faktla bağlı Fövqəladə Hallar Nazirliyində araşdırma aparılır.
Bakucity.az