89 yaşlı britaniyalı iş adamı Bakıya gəlməyi planlaşdırır
Bakucity.az xəbər verir ki, “Formula 1”in sabiq sahibi, 89 yaşlı britaniyalı iş adamı Berni Ekklstoun növbəti dəfə Bakıya gələcək. O, bu barədə “Corriere della Sera”ya müsahibəsində “Formula 1” üzrə 2019-cu il Azərbaycan Qran Prisini izləmək üçün Bakıya səfər edəcəyini deyib.
Keçmiş funksioner cari mövsümdə cəmi 2 mərhələni canlı izləməyi planlaşdırıdığını deyib:
“Həftəsonu Çində baş tutacaq yarışa Londonda televiziya vasitəsi ilə baxacağam. Şanxaya getmək fikrimi isə dəyişdim. Ola bilsin, Bakıya yollandım və Barselonadakı yarışı buraxmadım”.
B. Ekklstoun “Formula-1” 1974-cü ildən 2017-ci ilin əvvəlinə qədər rəhbərlik edib. O, əvvəlki illərdə də Azərbaycan Qran Prisini izləmək üçün Bakıya gəlib.
Bakı 26 - 28 apreldə 4-cü dəfə “Formula 1” yarışına ev sahibliyi edəcək.
Bakucity.az