Bakıda tikintidə bədbəxt hadisə baş verib
Bakucity.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində tikilməkdə olan yaşayış kompleksində baş verib. Tikintidə fəhlə işləyən, 34 yaşlı Əli Nəcəfov binadan yıxılaraq ölüb.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikintidə təhlükəsizlik qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İstintaq davam etdirilir. ONA
Bakucity.az