Bakı əhalisi 2 ayda 3 məhsul məmulatlarına nə qədər xərcləyib?

Bakı əhalisi 2 ayda 3 məhsul məmulatlarına nə qədər xərcləyib?

Bu ilin yanvar-fevral ayları üzrə artım var

Bakucity.az xəbər verir ki, Bakıda iki ayda əhali ərzaq, içki və tütün məmulatlarına 1,3 milyard manatdan çox pul xərcləyib.

Bu ilin yanvar-fevral aylarında Bakıda ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,3% artaraq 2 milyard 984,6 milyon manat olub.

Pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2% artaraq 1371,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4% artaraq 1612,9 milyon manata çatıb.

İstehlak məhsullarının 28%-i hüquqi şəxs statuslu müəssisələrdə, 57,4%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 14,6%-i isə paytaxtın məhsul bazarlarında satılıb.

Bakucity.az

artım
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər