Prezident Bakıda intihar edən məktəblinin işi ilə bağlı tapşırıq verdi

Prezident Bakıda intihar edən məktəblinin işi ilə bağlı tapşırıq verdi

Elinanın işi ilə bağlı - XÜSUSİ TAPŞIRIQ

Bakucity.az xəbər verir ki, Bakı şəhəri 162 nömrəli tam orta məktəbin şagirdi Elina Hacıyevanın intiharı ilə bağlı məsələ ilk gündən prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.

Bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H. Hüseynovanın sözlərinə görə, bütün dövlət qurumlarına, Təhsil Nazirliyinə, Dövlət Komitəsinə və Daxili İşlər Nazirliyinə xüsusi tapşırıqlar verilib:

“Bu məsələ ciddi formada araşdırılmalıdır. Mən təəccüblənirəm ki, sosial şəbəkələrdə işi dərk etməyən insanlar iradlar tuturlar. Hazırda istintaq işi gedir. Bu işdə kim günahkardırsa, cəzasını alacaq”.

Bakucity.az

qərar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər