Bakıya bu ölkədən birbaşa reys açıla bilər

Bakıya bu ölkədən birbaşa reys açıla bilər

Səfir belə deyib

Bakucity.az xəbər verir ki, Pakistan İslamabad-Bakı birbaşa reysinin açılması imkanlarını nəzərdən keçirib.

Bu barədə Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand Bakıda Azərbaycan-Türkiyə-Pakistan forumunda deyib.

Səfirin sözlərinə görə bu, turizmin inkişafına və hər iki ölkədə turizm axınının artımına xidmət edəcək.

Türkiyənin Sənayeçilər və Sahibkarlar Assosiasiyasının prezidenti Yaşar Doğan isə hər bir ölkənin iqtisadiyyatında kiçik və orta sahibkarlığın rolunun vacibliyini bildirib. O, sahibkarlığın inkişafı üçün bütün imkanlardan istifadə etməyin lazımlı olduğunu da qeyd edib. Trend.az

Bakucity.az

reys
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər