Xırdalanda kütləvi davada polislər bıçaqlandı

Xırdalanda kütləvi davada polislər bıçaqlandı

Hadisə kafedə baş verib

Bakucity.az xəbər verir ki, hadisə Xırdalanda “Sultan” kafesində qeydə alınıb. Müştərilərlə kafenin işçiləri arasında baş verən kütləvi davada Çevik Polis Alayının əməkdaşı Rəşad Alışov, Daxili Qoşunların əməkdaşı Orxan Nağıyev və onun qardaşı Rauf bıçaqlanıblar. Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq davam etdirilir. ONA

Bakucity.az

yaralılar var
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər