Bakıda sabaha gözlənilən hava şəraiti

Bakıda sabaha gözlənilən hava şəraiti

Şimal küləyi əsəcək...

Bakucity.az xəbər verir ki, aprelin 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ONA-ya bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 9-12, gündüz 14-18, Bakıda gecə 10-12, gündüz 16-18 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-65% təşkil olacaq.

hava proqnozu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər