Bakıda evindən silah-sursat və 4 xəncər aşkarlandı

Bakıda evindən silah-sursat və 4 xəncər aşkarlandı

Faktla bağlı araşdırma aparılır

Bakucity.az xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması məqsədilə növbəti əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nəticədə Nardaran qəsəbəsi sakini əvvəllər məhkum olunmuş Rəşad Xudaverdiyev saxlanılıb.

Onun qəsəbədə yerləşən evinin həyətində aparılan axtarış zaman 1 lüləsi və qundağı kəsilmiş tüfəng, 1 idman tapançası və 4 ədəd xəncər aşkar edilərək götürülüb və ekspertizaya göndərilib.

Faktla bağlı R.Xudaverdiyev barəsində 42-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Yenicag.az

Bakıda evindən silah-sursat və 4 xəncər aşkarlandı, fotoşəkil-1

Bakucity.az

silah sursat
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər