Bakıda növbəti intihar hadisəsi - FOTO

Bakıda növbəti intihar hadisəsi - FOTO

Hadisə Xəzər rayonunda qeydə alınıb

Bakucity.az xəbər verir ki, Bakının Xəzər rayonunda 26 yaşlı oğlan özünü öldürüb.

Bu barədə Xəzər rayon Prokurorluğundan məlumat verilib. 

Məlumata görə İsakov Hüseyn Fuad oğlunun cəsədi vevralın 9-u axşam saat 21.00 radələrində Mərdəkan qəsəbəsində yerləşən şəxsi evlərin birində aşkarlanıb.

Mərhum hadisə zamanı evdə tək olub və naqillə özünü asıb. 

Məlum olub ki, H. İsakov yaxın tanışından bəlli məbləğdə borca pul alıb və onu qaytara bilməyib. Bu səbəbdən də depressiyaya düşüb və intihar edib.

Hadisə ilə bağlı araşdırma davam edir. News24.az

Bakucity.az

intihar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər