Bakıda şagirdi intihar edən məktəbin direktoru işdən çıxarıldı

Bakıda şagirdi intihar edən məktəbin direktoru işdən çıxarıldı

Direktor rəsmi olaraq işdən çıxarılıb

Bakucity.az xəbər verir ki, Elina Hacıyevanın intihar etdiyi 162 nömrəli məktəbin direktoru Sevinc Abbasova rəsmi olaraq işdən çıxarılıb.

Bununla bağlı dünən Təhsil Nazirliyində keçirilən iclasda qərar qəbul edilib.

Təhsil naziri Ceyhun Bayramovun iştirakı ilə keçirilən iclasda qəbul edilən qərarın bu gün ictimaiyyətə açıqlanacağı gözlənilir.

Təhsil Nazirliyi aprelin 8-də də sözügüdən məktəb direktoru haqda məlumat yaymışdı.

Məlumatda bildirilirdi ki, orta məktəbdə baş vermiş hadisə ilə bağlı açılmış cinayət işi üzrə istintaq və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılan xidməti araşdırma ilə əlaqədar yaranmış zərurəti nəzərə alaraq, hər iki istiqamət üzrə araşdırmanın tam obyektivliyini təmin etmək məqsədilə təhsil nazirinin 8 aprel 2019-cu il tarixli, K-388 saylı əmri ilə Abbasova Sevin Kamil qızı araşdırma müddətində işdən kənarlaşdırılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun aparıcı məsləhətçisi Əfqan İsgəndərov isə məktəbin müvəqqəti direktoru təyin olunmuşdu.

Bakucity.az

direktor
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər