Bakıda həmyerlisini öldürməkdə təqsirləndirilən tələbənin cinayət işi məhkəməyə göndərildi

Bakıda həmyerlisini öldürməkdə təqsirləndirilən tələbənin cinayət işi məhkəməyə göndərildi

Hər iki şəxs tələbə olub

Bakucity.az xəbər verir ki, Bakıda həmyerlisini qətlə yetirməkdə təqsirləndiriən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi Rauf Murğuzovun cinayət işinin ipdidai istintaqı başa çatıb.

İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rasim Sadıxovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası aprelin 19-na təyin edilib.

Cinayət ötən ilin dekabr ayında Bakının Nərimanov rayonu Atatürk prospekti, ev 2a ünvanında baş verib. Ağstafa rayonunun Dağ Kəsəmən kəndinin sakinləri - 18 yaşlı Rauf Murğuzov həmkəndlisi olan 18 yaşlı Elman Xəlilovla mübahisə edib. Davaya çevrilən mübahisə nəticəsində R. Murğuzov E. Xəlilovu bıçaqla qətlə yetirib.

Keçirilən istintaq əməliyyat tədbirləri nəticəsində R. Murğuzov saxlanılıb.

Qeyd edək ki, qətlə yetirilən E. Xəlilov Azərbaycan Texniki Universitetinin Avtonəqliyyat fakültəsinin tələbəsi olub. Report.az

Bakucity.az

qətl
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər