Bakıda kişi arvadını bıçaqladı

Bakıda kişi arvadını bıçaqladı

Bakıda 34 yaşlı kişi həyat yoldaşını qətlə yetirməyə cəhd edib

Bakucity.az xəbər verir ki, aprelin 10-da Vüqar Ələkbərov  həyat yoldaşı 25 yaşlı Şəbnəm Ələsgərovaya iki bıçaq xəsarəti yetirib. Qadın boyun və sinə nayihəsinin deşilmiş yaraları ilə ağır vəziyyətdə 3 saylı şəhər kliniki xəstəxanasına aparılıb.

Bu barədə Oxu.Az-a Xətai rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə Xətai rayonunun 36 saylı Polis Bölməsinin əməkdaşları V. Ələkbərovu saxlayıb. Cinayətin qısqanclıq zəminində törədildiyi ehtimal edilir.

Sağamlığa ağır ziyanvurma faktı üzrə cinayət işi açılıb.

Bakucity.az

bıçaqladı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər