Bakıda məktəbli qızın intiharı ilə bağlı konfrans keçirilir - FOTO

Bakıda məktəbli qızın intiharı ilə bağlı konfrans keçirilir - FOTO

Konfrans hal-hazırda BMM-də keçirilir

Bakucity.az xəbər verir ki, Mətbuat Şurası Beynəlxalq Mətbuat Mərkəzində “İnformasiya mühitində uşaq və yeniyetmə hüquqlarının qorunması: mövcud yanaşmalar və tələblər” mövzusunda konfrans keçirir.

Tədbiri açıq elan edən Mətbuat Şurasının sədri Əflatun Amaşovun sözlərinə görə, Bakıdakı 162 saylı orta məktəbin şagirdi Elina Hacıyevanın intiharı cəmiyyətdə müxtəlif fikirlərin yaranmasına səbəb olub:

“Bəziləri düşündü ki, bu barədə danışmaq olmaz, bəziləri isə dedi ki, işıqlandırmaq lazımdır ki, bu hadisələr yaranmasın. Bu barədə müzakirə aparacağıq”.

Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa deyib ki, bu, cəmiyyətdən gizlədiləsi hadisə deyil:

“Önəmli olan niyyətdir. Mətbuat azaddır, təki verdiyi informasiyalar kriminal və qeyri-qanuni çağırışlar olmasın. İnformasiya verənləri qınamaq olmaz”. ONA

Bakıda məktəbli qızın intiharı ilə bağlı konfrans keçirilir - FOTO, fotoşəkil-1 Bakıda məktəbli qızın intiharı ilə bağlı konfrans keçirilir - FOTO, fotoşəkil-2 Bakıda məktəbli qızın intiharı ilə bağlı konfrans keçirilir - FOTO, fotoşəkil-3

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər