Bakıda bankda yanğın olub, xəsarət alanlar var

Bakıda bankda yanğın olub, xəsarət alanlar var

Növbəti yanğın bankda baş verib

Bakucity.az xəbər verir ki, paytaxtın Tbilisi prospketi 3 ünvanında yerləşən “Accessbank”ın mərkəzi ofisində yanğın baş verib.

Yanğın nəticəsində bankın mühafizə xidmətinin 5 əməkdaşı xəsarət alıb. Bunlar 1985-ci il təvəllüdlü Vüqar Məmmədov, 1984-cü ildə anadan olmuş Soltan Mirzəyev, 1985-ci il təvəllüdlü Əli Manafov, 1988-ci il təvəllüdlü Əkbər Nəsirov və1987-ci il təvəllüdlü Fərid Əhmədovdur. Onlar tüstüdən zəhərlənib. 

Zərərçəkənlərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. "Report"

Bakucity.az

yanğın
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər