Bakı Dövlət Universitetində əmək yarmarkası keçirildi - FOTO

Bakı Dövlət Universitetində əmək yarmarkası keçirildi - FOTO

BDU-da əmək yarmarkası keçirilib

Bakucity.az xəbər verir ki, BDU-da əmək yarmarkası keçirilib. Universitetin Mətbuat və İnformasiya şöbəsindən verilən məlumata görə yarmarkanın keçirilməsində çəqsəd tələbə və məzunlara əmək bazarına uyğunlaşmaq, öz ixtisasları üzrə uğurlu karyera qurmalarına kömək etmək, mövcud vakansiyalar barədə məlumatlandırmaq, həmçinin onların işlə təmin olunmasına dəstək göstərməkdir. 

20-dək müəssisənin təmsil olunduğu tədbirdə iştirakçılar idarə, müəssisə və təşkilatlar tərəfindən əmək yarmarkasına çıxarılmış boş iş yerləri ilə tanış olublar.

Əmək yarmarkasında Əmlak Məsələləri Dövlət Komitəsi, SOCAR AQŞ, BP Azərbaycan, “Azərsu”ASC, Deloitte şirkəti, TAC MMC, Atəşgah, Standart İnsurance sığorta şirkətləri, “AzerGold” QSC, Sinteks MMC, Xalq Bank, Kapital Bank, Yapı Kredi Bank, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşviyyat Xidməti, Psixologiya Elmi Tədqiqat İnstitutu və Narınc Uşaq Psixologiya Mərkəzi vakant iş yerlərini təklif edib.

Bakı Dövlət Universitetində əmək yarmarkası keçirildi - FOTO, fotoşəkil-1 Bakı Dövlət Universitetində əmək yarmarkası keçirildi - FOTO, fotoşəkil-2 Bakı Dövlət Universitetində əmək yarmarkası keçirildi - FOTO, fotoşəkil-3 Bakı Dövlət Universitetində əmək yarmarkası keçirildi - FOTO, fotoşəkil-4 Bakı Dövlət Universitetində əmək yarmarkası keçirildi - FOTO, fotoşəkil-5 Bakı Dövlət Universitetində əmək yarmarkası keçirildi - FOTO, fotoşəkil-6

Bakucity.az

yarmarka
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər