Bakı Şəhər Halqası könüllülər arasında müsabiqə keçirir

Bakı Şəhər Halqası könüllülər arasında müsabiqə keçirir

Könüllülər 3 istiqamət üzrə qiymətləndiriləcəklər

Bakucity.az xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyatı Şirkəti (BŞH) 26-28 aprel tarixlərində növbəti dəfə baş tutacaq Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində fəaliyyət göstərən könüllülər arasında müsabiqə keçirir.

BŞH-dan alınan məlumata görə, əməliyyat şirkətləri qalibləri 2-4 avqust 2019-cu ildə keçiriləcək Macarıstan Qran Prisinə göndərəcək. 

Səfərdə könüllülər Macarıstanda baş tutacaq "Formula 1" yarışını canlı izləməklə yanaşı yarışın təşkilatçıları ilə qarşılıqlı təcrübə mübadiləsi aparmaq şansını qazanacaqlar.

Könüllülərin səyahət, qonaqlama və yarışda iştirakla əlaqədar bütün xərcləri əməliyyat şirkəti tərəfindən qarşılanacaq.

Müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycan Qran Prisi zamanı fəallığı ilə seçilən könüllüləri mükafatlandırmaqdır.

Müsabiqə zamanı könüllülərin fəaliyyəti əsasən könüllülük fəaliyyətinə dair tədbirlərdə iştirak, yarış zamanı göstərilən fəallıq və bütün mərhələlər üzrə keçirilən ümumi imtahan olmaqla 3 istiqamət üzrə qiymətləndiriləcək.

Bütün meyarlardan ümumilikdə ən yüksək nəticə əldə edən könüllülər müsabiqənin qalibi sayılacaqlar.

Bakucity.az

halqa
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər