Avropa çempionlarımız Bakıdadır - FOTO

Avropa çempionlarımız Bakıdadır - FOTO

Azərbaycan millisinə xalları səkkiz güləşçi qazandırıb

Bakucity.az xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa Çempionatında III yer tutan Azərbaycan yığması bu gecə Bakıya qayıdıb.

Güləşçiləri Heydər Əliyev adına Hava Limanında azarkeşlər və media nümayəndələri qarşılayıb.

Üçqat Avropa və üçqat dünya çempionu Hacı Əliyev bildirib ki, qazandığı qələbəni il əvvəl aprel ayında baş verən döyüşlər zamanı şəhid olanların xatirəsinə ithaf edib.

Digər çempion Cəbrayıl Həsənov qazanılan qızıl medalın yarışlara qədər keçən gərgin məşqlərin nəticəsi olduğunu bildirib.

Azərbaycanın yığma komandası 3 qızıl, 1 gümüş və 2 bürünc medal olmaqla, ümumilikdə 145 xal toplayaraq, komanda hesabında 162 xalı olan Rusiya və 156 xalı olan Türkiyədən sonra III yerdə qərarlaşıb.

Azərbaycan millisinə xalları səkkiz güləşçi qazandırıb. Komandanın hesabına çempionlar - Hacı Əliyev, Cəbrayıl Həsənov və Şərif Şərifov hərəyə 25, gümüş medalçı Ağahüseyn Mustafayev 20, bürünc medalçılar - Mahir Əmiraslanov və Nurməhəmməd Hacıyev hərəsi 15, beşinci yerlə kifayətlənən Hacımurad Hacıyev və Murad Süleymanov isə hərəyə 10 xal yazdırıb. Oxu.az

Avropa çempionlarımız Bakıdadır - FOTO, fotoşəkil-1 Avropa çempionlarımız Bakıdadır - FOTO, fotoşəkil-2 Avropa çempionlarımız Bakıdadır - FOTO, fotoşəkil-3 Avropa çempionlarımız Bakıdadır - FOTO, fotoşəkil-4

Bakucity.az

Azərbaycan yığması
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər