Bakı-Sumqayıt yolunda qəza baş verdi

Bakı-Sumqayıt yolunda qəza baş verdi

Hadisə Bakı-Quba yolunun 35-ci km-də baş verib

Bakucity.az xəbər verir ki, Bakı istiqamətində hərəkətdə olan "10-JP-968" dövlət nömrə nişanlı "QAZel" markalı yük avtomobili Sumqayıt şəhərindən çıxan "90-XE-714" dövlət nömrə nişanlı "Mitsubishi Pajero iO" markalı avtomobillə toqquşub.

Toqquşma nəticəsində "Mitshubishi Pajero iO" aşaraq yolu bağlayıb.

Ciddi xəsarət alan yoxdur, avtomobillərə zərər dəyib.

Hadisə yerinə cəlb olunan Dövlət Yol Polisi əməkdaşları avtomobillərin hərəkətini tənzimləməyə çalışırlar.

Faktla bağlı araşdırma aparılır. Trend.az

Bakucity.az

qəza
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər