Bakıda mənzildən 2 ölü tapıldı

Bakıda mənzildən 2 ölü tapıldı

İki qardaş ölüb

Bakucity.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Babək prospekti 90, mənzil 25 ünvanında baş verib.

Məlumata görə ötən gün axşam saat 20.21-də həmin ünvandan təcilli yardıma çağırış daxil olub. Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana gedib və iki qardaşın - 40 yaşlı Yuri və 44 yaşlı Aleksandr Məhərrəmovların öldüyünü müəyyən ediblər.

Hadisə barədə Xətai rayon Prokurorluğu məlumatlandırılıb. 

Xətai rayon Prokurorluğundan ONA-ya bildirilib ki, daxil olan məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub.

Ölən şəxslərin yanında şpris aşkarlandığından ehtimal olunur ki, adıçəkilən şəxslər yüksək dozada narkotikin təsirindən ölüblər.

Hazırda müvafiq araşdırmalar davam etdirilir.

Bucity.az

ölüm
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər