Qatil bağban işlədiyi evin sahibini və həyat yoldaşını öldürüb
Bakucity.az xəbər verir ki, Bakıda qətl törətməkdə təqsirləndirilən İlqar Xancanovun cinayət işi üzə ibtidai istintaq başa çatıb.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Zeynal Ağayevin icraatına verilən cinayət işinin məhkəmə hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qətl hadisəsi ötən ilin iyul ayında paytaxtın Mərdəkan qəsəbəsində baş verib. 1968-ci il təvəllüdlü İ.Xancanov bağban işlədiyi evin sahibi, Arzu Şuşalını və həyat yoldaşı Dilarə Əhmədovanı bıçaqlayıb. Qadın hadisə yerində vəfat edib. A.Şuşalı isə xəstəxanada dünyasını dəyişib.
Qatil daha sonra mənzildəki pulları götürüb. Əvvəllər oğurluq və quldurluq cinayətlərinə görə məhkum olunan İ.Xancanov 2 ay əvvəl işdən çıxarılıb.
O, bıçaqladığı şəxslərin ikisinin də öldüyünü düşünərək izi itirmək üçün qan içində olan ər və arvadı A.Şuşalıya məxsus “Land Rover” markalı avtomobilə qoyaraq ərazidən uzaqlaşmaq istəyib.
Polislər şübhəli maşını müəyyənləşdirərək saxlayıblar. Ölkə.az
Bakucity.az