Bakıda bu ərazilərdə sarı kəsişmə toru nişanlanması təşkil edildi - FOTO

Bakıda bu ərazilərdə sarı kəsişmə toru nişanlanması təşkil edildi - FOTO

Bu barədə BNA məlumat verib

Bakucity.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi" (BNA) 74 yol kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılmasını nəzərdə tutan pilot layihəsinin icrasını davam etdirir.

Hazırda işlər S.Vurğun, M. Füzuli, Ş.Bədəlbəyli, M.Əliyev, D.Əliyeva, R.Behbudov, S.Rüstəm, Kiçik Dəniz küçələri, Azadlıq və Bülbül prospektlərini əhatə edən 20 yol kəsişməsində icra edilir.

Görülən işlər çərçivəsində qeyd edilən kəsişmələrdə yeni yol nişanları quraşdırılır, mövcud çatışmazlıqlar aradan qaldırılır. İşlər ümumilikdə 120 ədəd yol nişanı üzərində aparılır.

Məlumata görə, eyni zamanda artıq M.Füzuli küçəsinin S.Vurğun, R.Behbudov küçələri və Bülbül prospekti ilə kəsişməsində, həmçinin, Bülbül prospekti ilə Ş.Bədəlbəyli küçəsinin kəsişməsində sarı kəsişmə toru nişanlanması təşkil edilib. Trend.az

Bakıda bu ərazilərdə sarı kəsişmə toru nişanlanması təşkil edildi - FOTO, fotoşəkil-1 Bakıda bu ərazilərdə sarı kəsişmə toru nişanlanması təşkil edildi - FOTO, fotoşəkil-2 Bakıda bu ərazilərdə sarı kəsişmə toru nişanlanması təşkil edildi - FOTO, fotoşəkil-3 Bakıda bu ərazilərdə sarı kəsişmə toru nişanlanması təşkil edildi - FOTO, fotoşəkil-4 Bakıda bu ərazilərdə sarı kəsişmə toru nişanlanması təşkil edildi - FOTO, fotoşəkil-5 Bakıda bu ərazilərdə sarı kəsişmə toru nişanlanması təşkil edildi - FOTO, fotoşəkil-6

Bakucity.az

yol
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər