Bakıda bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakıda bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Vəziyyət 2 gün ardıcıl davam edəcək

Bakucity.az xəbər verir ki, aprelin 12-dən 13-nə keçən gecədən aprelin 14-ü axşam saatlarınadək paytaxtın Biləcəri qəsəbəsi Xurşudbanu Natəvan küçəsində avtonəqliyyat vasitələrinin hərəkətində qısamüddətli məhdudiyyət yaranacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, həmin küçəyə avtonəqliyyat vasitələrinin daxil olması Yəhya Hüseynov və Rəşid İsmayılov küçələri ilə kəsişmədən məhdudlaşdırılmaqla alternativ olaraq sözügedn küçələrə yönəldiləcək.

Məhdudlaşmanın tətbiq edildiyi ərazidə sıxlıq yaranmasın deyə vətəndaşlar göstərilən alternativ yollardan istifadə etməlidirlər. ONA

Bakucity.az

yol
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər