İntihar edən şagirdin anım mərasimi keçirildi
Bakucity.az xəbər verir ki, Bakı şəhəri Səbail rayonu Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin qarşısında Elina Hacıyevanın anım mərasimi keçirilib.
Anım mərasiminə qatılan vətəndaşlar məktəbin qarşısına gül dəstələri düzüblər.
Aprelin 4-də Bakı şəhəri Səbail rayonu Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin VIII sinif şagirdi məktəbi intihar edib. O, 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq, aprelin 6-da xəstəxanada vəfat edib.
Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, bir neçə istiqamət üzrə araşdırma aparılır.
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva işi nəzarətə götürüblər. Bununla bağlı aidiyyati qurumlara xüsusi tapşırıqlar verilib.
Təhsil nazirinin 8 aprel 2019-cu il tarixli əmri ilə məktəbin direktoru Sevinc Abbasova rəsmi olaraq işdən azad edilib. ONA