Xəstəxanada faciə baş verib
Bakucity.az xəbər verir ki, hadisə aprelin 11-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının Mamalıq-Ginekologiya Şöbəsində qeydə alınıb.
Xəstəxanada qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirən Durdanə adlı qadının uşağı ölüb.
Bu barədə uşağı ölən qadının bacısı Abşeron rayon sakini Çinarə Çələbiyeva məlumat verib. Onun iddiasına görə, uşaq şöbədə həkimin səhlənkarlığı səbəbindən ölüb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır. Trend.az
Bakucity.az