Bakıda evdən qızıl zinət əşyaları oğurlayan şəxs tutuldu

Bakıda evdən qızıl zinət əşyaları oğurlayan şəxs tutuldu

Oğurluq paytaxtın Suraxanı ərazisində baş verib

Bakucity.az xəbər verir ki, paytaxtın Suraxanı rayon ərazisindəki evlərin birindən 9000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Bununla bağlı Daxili İşlər Nazirliyindən məlumat alınıb.

Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Musayev saxlanılıb.  

Bakucity.az

qızıl
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər