Bakıda müəllimin döydüyü məktəbli ilə bağlı təfərrüatlar üzə çıxdı

"Şagirdin məktəbdə müəllim tərəfindən döyüldüyü deyilir, amma"...

Bakucity.az xəbər verir ki, Bakıda müəllim tərəfindən döyüldüyü deyilən 12 yaşlı məktəbli ilə bağlı yeni təfərrüatlar üzə çıxıb.

Şagirdin yerləşdirildiyi Klinik Tibbi Mərkəzdən verilən məlumata görə, məktəbli döyülmə faktını təkzib edir:

“Şagirdin məktəbdə müəllim tərəfindən döyüldüyü deyilir. Amma uşaq bizə döyülmədiyini, yıxılaraq, xəsarət aldığını deyib. Biz əlaqədar qurumlara məlumat vermişik, işi hüquq-mühafizə orqanları araşdıracaq”.

Xəstəxanadan onu da bildirdilər ki, uşaq hazırda müayinə olunur:

“Şagird tamamilə müayinə olunduqdan sonra diaqnoz qoyulacaq. O, baş və bədəninin digər nahiyələrindən xəsarətlər alıb. Müayinə bitməmiş dəqiq heç nə deyə bilmərik”.

Qeyd edək ki, hadisə paytaxtın Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən 321 nömrəli məktəbdə baş verib. Yenicag.az

Bakucity.az

məktəbli
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
160 baxış noyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Bütün zolaqlar üzrə sürət həddi azaldılıb Bakının avtomobil yollarında sürət həddi endirilib. Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/s endirilib. Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir. Hərəkət iştirakçılarına bu cür hava şə...
Hadisələr
"Baş həkimlə görüşdüm, ümidverici danışdı" İlkin araşdırmalara və digər tələbələrin verdiyi məlumata görə, zəhərlənmə ev şəraitində hazırlanaraq konservləşdirilmiş və ya marketdən alınmış qidalardan ola bilər. Hadisə gecə saatlarında baş verib.  BakuCity.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev deyib.  O bildirib ki, tələbələr özlə...
Cəmiyyət
12 aylıq ödənişi qabaqcadan ödəməli olacaqsınız Ölkədə şəxsi vəsaiti yetərli olmayan vətəndaşlara tam təmirli, elektrik enerjisi, qaz və su ilə tam təchiz olunmuş, istifadə üçün yararlı vəziyyətdə kirayə mənzillər almaq imkanı yaradılacaq.  BakuCity.az-ın məlumatına görə, BAKU.WS-in sorğusuna cavab verən Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu açıqlayıb ki, kirayə mənzillər Bakı və Bakıətrafı, o cümlədən Sumqayıt şəhərində yerləşən çoxmə...
Mədəniyyət
"Bakı haqqında çox şey öyrəndim" Bakıda dünyanın ən sürətli piano ifaçısının konsertinə həsr olunmuş mətbuat konfransı keçirilib. BakuCity.az-ın məlumatına görə, məşhur macar pianoçusu Peter Bens dünya turu çərçivəsində noyabrın 22-də Bakı Konqres Mərkəzində konsert verəcək. Dünyanın ən sürətli pianoçusu azərbaycanlı jurnalistlərlə söhbətində konsert proqramından danışaraq bildirib ki, Bakı tamaşaçıları üçün yeni əsərlərini səsləndirəcək:  “Konsertdə həm d...
Cəmiyyət
Qısa fasilələr yarana bilər Bakıda internet xidmətində fasilələr olacaq. BakuCity.az xəbər verir ki, axşam saatlarında "Bakı Telefon Rabitəsi" MMC-nin internet şəbəkəsində xidmət keyfiyyətinin artırılması və şəbəkənin gücləndirilməsi istiqamətində təkmilləşdirmə işləri həyata keçirilir. Bununla əlaqədar müvafiq xidmətlərin göstərilməsində qısa fasilələr yarana bilər. Profilaktik tədbirlər yekunlaşdıqdan sonra internet xidmətinin fəaliyyəti tam bərpa ediləc...
Hadisələr
Xəstaxanaya getməkdən imtina ediblər Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənən tələbələrin kimliyi müəyyənləşib. BakuCity.az "Report"a istinadən məlumat verir ki, bunlar Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı və Kitabxanaçılıq və informasiya fakültəsinin 4-cü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızıdır.  Məlumata görə, D.Quliyevanın vəziyyət...
Cəmiyyət
Sakinlərə kanal suyunu da çox görürlər Düşünmək olardı ki, yay arxada qalıb və bəzən sakinlərin yayda suyu fasilələrlə alması problemi də aradan qalxıb. Ancaq bu sözləri Sumqayıt şəhər “Yaşma bağları” massivinə aid etmək mümkün deyil. Nə qədər paradoksal olsa da, burada susuzluq problemi məhz yayın bitməsi ilə başlayır. BakuCity.az-ın araşdırması nəticəsində məlum olub ki, burada 1988-ci ildən məskunlaşan əhali elə həmin vaxtdan içməli suyu ya satın alır,...
Ekologiya
Meteohəssas insanlar narahat ola bilər Noyabrın 22-də Bakıda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a bildirilib ki, sabah paytaxtda havanın arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Şimal-şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-6, gündüz 3-5 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774...
Hadisələr
Qızların vəziyyəti ağırdır Bakı Dövlət Universitetinin yataqxanasında zəhərlənmə olub. Səhiyyə Nazirliyindən BakuCity.az-ın sorğusuna cavab olaraq bildirilib ki, universitetin 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi barədə məlumat təcili tibbi yardıma saat 12:35-də daxil olub: “Həkimlər Mətbuat küç., 36 ünvanına çatdıqda otaqda huşsuz vəzuyyətdə 3 tələbə qız aşkarlayıblar. Təcili tibbi yardım həkimlərinin bildirdiyinə görə, huşsuz vəziyyətdə tapılan qız...