Bakıda döyüldüyü deyilən şagird barədə məktəbdən açıqlama verildi

Bakıda döyüldüyü deyilən şagird barədə məktəbdən açıqlama verildi

"Şagirdin güclü baş ağrıları olduğu üçün"...

Bakucity.az xəbər verir ki, Bakının 321 nömrəli tam orta məktəbi müəllimin şagirdi döyməsi xəbərinə münasibət bildirib. 

Deyildiyinə görə, aprelin 12-si saat, təxminən, 11:30-da məktəbin VII sinif şagirdi riyaziyyat dərsində özünü pis hiss edib və yıxılıb:

"Şagirdin halı pisləşdiyi üçün yıxılıb və başı yerə dəyib. Sinif rəhbəri həmin şagirdin doğma xalasıdır. Hadisə olan kimi dərhal valideynə də məlumat verilib. Məktəbə təcili-tibbi yardım çağırılıb. Şagirdin atası da uşaqla xəstəxanaya gedib. Məktəb rəhbərliyi tərəfindən valideyn ilə əlaqə saxlanılıb, şagirdin halının yaxşı olduğu bildirilib. Şagirdin güclü baş ağrıları olduğu üçün, valideyn dəfələrlə bununla bağlı həkimə müraciət edib".

Məlumatda qeyd olunub ki, məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılır. Nəticələr barədə əlavə məlumat veriləcək. Qaynarinfo

Bakucity.az

məktəb
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər