Bakıda sabaha gözlənilən hava proqnozu açıqlandı

Bakıda sabaha gözlənilən hava proqnozu açıqlandı

Bakucity.az sabah paytaxtda gözlənilən hava proqnozunu təqdim edir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aprelin 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal küləyi əsəcək.

Havanın temperaturu Bakıda gecə 9-11, gündüz 17-19, Abşeron yarımadasında gecə 9-11, gündüz 15-20 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Bakucity.az

hava haqqında
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər