Bakıda AQTA adından rüşvət toplandı - VİDEO

Bakıda AQTA adından rüşvət toplandı - VİDEO

Bir neçə nəfərin AQTA adından rüşvət topladığı müəyyən olunub

Bakucity.az xəbər verir ki, son günlər Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) qurumun adından istifadə edərək kiçik və orta sahibkarların fəaliyyətinə qanunsuz müdaxilə edən, əsassız tələblər irəli sürən şəxslərlə bağlı ayrı-ayrı rayonlarından şikayətlər olub.

AQTA-ya daxil olan növbəti məlumatın araşdırılması zamanı Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük sovxozunda heyvan kəsimi və ət satışı məntəqələrindən özlərini agentliyin əməkdaşları kimi təqdim edərək sahibkarlardan aylıq pul tələb edən şəxslərlə bağlı şikayətlər öz təsdiqini tapıb.

Araşdırmalar zamanı sahibkar tərəfindən əvvəlcədən mağazada quraşdırılan kamerada həmin şəxslərin və istifadə etdikləri minik avtomobilinin foto və video görüntülərinin əks olunduğu müəyyənləşib.

AQTA-dan verilən məlumata görə, bu şəxslər agentlik əməkdaşları deyil. Həmin şəxslərin əməlinə hüquqi qiymət verilməsi üçün məlumatlar aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına təqdim olunub.

Agentlik sahibkarlardan bu kimi dələduzluq faktları ilə qarşılaşdıqları zaman hüquq-mühafizə orqanlarına və ya Qida Təhlükəsizliyi Agentliyinin 1003 saylı "Çağrı Mərkəzi”nə məlumat verməyi xahiş edir. "Report"

Bakucity.az

AQTA
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər