Nazir Ceyhun Bayramov Elinanın intiharından danışdı

Nazir Elina intihar edən gün məktəbdə baş verənləri bir-bir açıqladı

Bakucity.az xəbər verir ki, Təhsil naziri Ceyhun Bayramov Bakı şəhərinin 162 nömrəli tam orta məktəbinin şagirdi Elina Hacıyevanın intihar etməsi ilə bağlı mətbuat konfransı keçirir.

Konfransda məktəbdə baş verən hadisə barədə xidməti araşdırmanın nəticələri açıqlanıb.

Nazir bildirib ki, baş vermiş hadisənin təfərrüatının dərhal araşdırılması məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsində komissiya yaradılıb, Bakı şəhər Prokurorluğunun məlumatına əsasən faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb:

“Xidməti araşdırmanın ilkin nəticələrinə əsasən, məktəbin direktoru Abbasova Sevinc Kamil qızı xidməti araşdırma müddətində öz vəzifəsindən kənarlaşdırılıb.

Hadisənin baş vermə şəraitinin, səbəblərinin və digər təfərrüatının kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə geniş müzakirə edildiyini, bəzi hallarda bir-birinə zidd olan və yoxlanılmamış məlumatlar əsasında fərziyyə və ehtimalların irəli sürüldüyünü, baş vermiş hadisənin həssaslığını və faktla bağlı cinayət işi üzrə istintaq tədbirlərinin aparıldığını nəzərə alaraq, müvafiq komissiya tərəfindən aparılan xidməti araşdırma başa çatanadək nəticələrin ictimaiyyətə açıqlanmaması zərurəti yaranıb. 

Məktəbin VIII sinif şagirdi Hacıyeva Elina Ədalət qızı və onun valideynləri ilə müvafiq izahat işlərinin aparılması lazımi səviyyədə təşkil edilməyib, psixoloqun rəyinə əsasən vaxtaşırı olaraq özünə qapanan şagirdə qarşı xüsusi həssaslıqla yanaşılmayıb, şagirdlə əvvəllər olan ünsiyyətlərdən, onun davranış xüsusiyyətləri, ruhi-emosional vəziyyətinin səbəbləri ilə dərindən maraqlanılmayıb, ailə üzvləri ilə yaxından əməkdaşlıq edərək ona psixoloji-mənəvi dəstək göstərilməsinə laqeyd yanaşılıb.

Şagirdin sinfə və ya məktəbə bu və ya digər səbəbdən uyğunlaşmaması, bunun nəticəsində onun digər şagirdlərlə, sinif rəhbəri və müəllim heyəti ilə səmimi ünsiyyətinin qurulmaması, baş verənlərin şagirdin yeniyetmə dövrünə təsadüf etdiyindən davranışına təsir etməsi təlim-tərbiyə prosesində nəzərə alınmayıb.

Hadisənin baş verdiyi gün məktəb rəhbərliyinin məsuliyyətsizliyi səbəbindən məktəbdə növbətçilik təmin olunmayıb, bununla yanaşı, məktəb rəhbərliyi hadisədən dərhal sonra adekvat və zəruri tədbirlərin görülməsini də təmin etməyib, - deyə Ceyhun Bayramov qeyd edib.

Nazir bildirib ki, hadisə baş verən məktəbin direktoru işdən çıxarılıb:

“Xidməti araşdırmanın məlumatlarını nəzərə alaraq Bakı şəhəri 162 nömrəli tam orta məktəbin direktoru və tərbiyə işləri üzrə direktorun müavini ilə əmək müqavilələrinə xitam verilməsi, şagirdin təhsil aldığı sinfin rəhbərinə qarşı müvafiq intizam tədbirlərinin görülməsi, məktəbin psixoloqunun işdən kənarlaşdırılması, məktəbə təcrübəli psixoloqun təyin edilməsi qərara alınıb”. Oxu.az

Bakucity.az

konfrans
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
110 baxış noyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hadisələr
16 yaşı var Bakının Sabunçu rayonunda 16 yaşlı yeniyetmə itkin düşüb. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, noyabrın 13-də saat 12 radələrində Maştağa qəsəbəsi, Savalan yaşayış sahəsində yaşayan 2003-cü il təvəllüdlü V.Kərimov yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.  Faktla bağlı araşdırma aparılır. BakuCity.az
Hadisələr
Bir-birilərini təhqir ediblər Bakıda bəzi avtobus xətlərində sürücülərin özbaşınalıq hallarına tez-tez rast gəlinir. BakuCity.az News24.az-a istinadən məlumat verir ki, bir neçə gün əvvəl “Koroğlu” metro stansiyasından Maştağa-Buzovna qəsəbələri istiqamətinə hərəkət edən 107 saylı avtobusda baş verən hadisə isə bütün sərhədləri aşıb. Belə ki, avtobus Zabrat qəsəbəsində hərəkət edərkən sürücü ilə sərnişinlərdən biri arasında narazılıq yaranıb və onlar mübah...
Cəmiyyət
Jalüz və plyonkadan istifadəyə görə sürücülər cərimələnmir "Nəqliyyat vasitələrinin arxa, yan şüşələrində jalüz və plyonka istifadə edilməsinə görə sürücülər barəsində hazırda inzibati tənbeh görülmür". BakuCity.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev "Report"a deyib. "Hazırda qeyd olunan standartlarla bağlı qanunvericiliyə əlavə və müəyyən dəyişiliklərin edilməsi məsələsi aidiyyəti quru...
Mədəniyyət
Moda həvəskarları bir araya gəldi  Noyabrın 15-də Bakı Biznes Mərkəzində “Baku Fashion Expo 2019”un açılışı olub. BakuCity.az-ın məlumatına görə, tədbir Azərbaycan Dəb Dizaynerləri Assosiasiyası (AFDA) tərəfindən “Non Stop Creative Agency”, “Baku Business Center” və “Lenovo”nun dəstəyi ilə baş tutdu və Yoga, YAR, Dastan, Phobia VR və A sinif moda məktəbinin yeni modelləri təqdim olunub. Yeni eksperimental moda layihəsində Fəxriyyə Xələfova, Səbinə Zulalova...
Mədəniyyət
“Ey gözəl Bakı, xoş gəlmişəm” Türkiyənin məşhur komediya aktyoru Cem Yılmaz Azərbaycandadır. BakuCity.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, dünən Bakıya təşrif buyurub.  Stendap ulduzu qaldığı hoteldən “Azneft” meydanının görüntülərini çəkərək "İnstaqram" səhifəsində paylaşıb. O, videoya “Ey gözəl Bakı, xoş gəlmişəm”, - şərhini yazıb. Xatırladaq ki, C.Yılmaz bu gün və sabah Bakı Konqres Mərkəzinin səhnəsində çıxış edəcək. BakuCity.az
Cəmiyyət
Bakıda gün ərzində 2,2 milyon sərnişin daşınır Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın daha 19 küçə və prospektində avtobus zolaqların təşkil edilməsi ilə bağlı layihə hazırlayıb və aidiyyəti qurumlara göndərib. BakuCity.az “Report”a istinadən xəbər verir ki, bunu "AFTO FM" radiosunun efirində Agentliyin Nəqliyyat axınının idarə olunması və təhlili şöbəsinin müdiri Tərlan Səfərov bildirib. O qeyd edib ki, məqsəd avtobusların daha rahat hərəkətini təmin et...
Hadisələr
Bakıda ağır yol qəzası olub Bakıda “Mitsubishi” beton plitəyə çırpılıb. Fövqəladə Hallar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, Suraxanı rayonunda “Mitsubishi” markalı minik avtomobili yol kənarındakı beton plitəyə çırpılıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1968-ci il təvəllüdlü Dadaşova Tacirə Fəxrəddin qızının meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə...
Hadisələr
Sakinlər təxliyə edilib Bakıda 9 mərtəbəli binada yanğın olub. Fövqəladə Hallar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının altıncı mərtəbəsində ümumi sahəsi 101 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb. Yanğın zamanı 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Həmçinin oxu: Bakıda 18 mərtəbəli binada yanğın: xəsarət alanlar var - FOTO + VİDEO Mən...
Mədəniyyət
Yumorist tanınmış ifaçıları parodiya edib Noyabrın 15-də Heydər Əliyev Mərkəzində Rusiyanın tanınmış yumoristi, teleaparıcı, şoumen və müğənni Maksim Qalkinin yaradıcılıq axşamı olub. BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva yaradıcılıq axşamına tamaşa ediblər. Maksim Qalkin Azərbaycan tamaşaçılarının qarşısına gözəl əhval-ruhiyyə yaradan mahn...