Bakıda heroin alverçisi yaxalanıb

Bakıda heroin alverçisi yaxalanıb

Bakıda keçirilən əməliyyatda heroin alverçisi yaxalandı

Bakucity.az xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu ərazisində baş verib. Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşları daxil olan məlumat əsasında rayonun Yeni Suraxanı qəsəbəsi, Çaparidze küçəsində əməliyyat keçirib.

Əməliyyat zamanı Çaparidze küçəsi 13 ünvanında yaşayan, 46 yaşlı Qalib Rəhimov  şübhəli şəxs qismində saxlanılaraq polis bölməsinə gətirilib. Həmin şəxsin üzərinə baxış keçirilərkən onun gödəkçəsinin cibindən 150,018 qram narkotik maddə hesab edilən heroin aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir. Report.az

Bakucity.az

narkotik
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər