Baş verən yol-nəqliyyat hadisəsi ölümlə bəticələnib
Bakucity.az xəbər verir ki, paytaxtın Ziya Bünyadov prospekti ilə hərəkətdə olan "Hündai Elantra" markalı avtomobil qarşıda gedən maşına dəyərək idarərtməni itirib və yolun kənarındakı bordürə çırpılıb.
Nəticədə taksi fəaliyyəti ilə məşğul olan 25 yaşlı sürücü (ad və soyadı hələ ki, məlum deyil) hadisə yerində ölüb. Qəza zamanı maşında yanğın baş verib. Yanğını yoldan keçən hərbçilər söndürüblər.
Hadisə şahidlərinin sözlərinə görə, sürücü yuxulu olub və maşını yüksək sürətlə idarə edib.
Qəza zamanı "Hundai"dan başqa daha iki maşına ziyan dəyib. "Report"
Bakucity.az