Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib
Bakucity.az xəbər verir ki, hadisə gecə saatlarında paytaxtın Binəqədi rayonu 8-ci mikrorayon ərazisində qeydə alınıb. Rayon sakini 47 yaşlı Alman Tərlan Mirəhməd oğlu 2 nəfərlə dava əsnasında bıçaqlanıb. Davanın səbəbi hələlik bəlli deyil.
3 bıçaq xəsarəti alan yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. "Ölkə.Az"
Bakucity.az