Bakı metrosunda süni havalandırmanın keyfiyyəti artırılacaq

Bakı metrosunda süni havalandırmanın keyfiyyəti artırılacaq

İstismar müddətini başa vurmuş 7 ventilyator əvəzlənəcək...

Bakucity.az xəbər verir ki, 2018-ci ildə dünyanın aparıcı şirkətlərinin məhsulları arasında aparılmış monitorinqə əsasən, ən sərfəli, səmərəli və Bakı Metropoliteninin bütün tələblərini nəzərə alan variant kimi, Rusiyanın “Artyomovsk Maşınqayırma Zavodu “Ventprom” Səhmdar Cəmiyyəti seçilərək müqavilə imzalanıb.

Ventilyatorlardan 4-ü “VOM 24R”, 3-ü isə “VOM 20” tiplidir. Onların gücü müvafiq olaraq 75 və 55 kVt, məhsuldarlığı, texniki göstəriciləri Bakı Metropoliteninin istismar şəraitinə tam uyğundur. Yeni ventilyatorların faydalı iş əmsalı, faydalı gücü, titrəyiş və səs-küy həddi və s. texniki göstəriciləri tələb olunan standartlara cavab verir.

Cari ilin may ayına qədər Bakıya gətiriləcək 7 ventilyatordan ikisinin artıq quraşdırılması üzrə işlər başlayıb.

Yeni ventilyatorlar tunellərdə süni havalandırmanın keyfiyyətini bir neçə dəfə artıracaq. Əvvəlki ventilyatorlar 20-30 kub.m/saniyə məhsuldarlıqla işləyirdisə, yeni nümunələrin havalandırma imkanı 60-70 kub.m/saniyədir.

Həmçinin, 2019-cu il ərzində tunel və stansiyaların təbii havalandırılması istiqamətində də mühüm işlərə başlanılacaq. Bu məqsədlə dünyanın qabaqcıl istehsalçılarının məhsulları araşdırıb, tətbiqinin mümkünlüyü, səmərəsi və digər texniki detalları öyrənilib. Trend

Bakucity.az

metro
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər