Bakı metrosunda ilk - Qadın maşinist işə götürüldü

Bakı metrosunda ilk - Qadın maşinist işə götürüldü

Bakı metropoliteni tarixində ilk qadın maşinist işə götürülüb

Bakucity.az xəbər verir ki, Bakı metrosunda qatar maşinisti peşəsinə qadınların seçilməsinə şərait yaradılıb. 

10-dan artıq qadın müraciət etsə də, onların arasından yalnız biri - Günay Həbibli seçilib və Bakı metropoliteni tarixində ilk qadın maşinist kimi işə götürülüb. 

Təlim-tədris prosesinin gedişində ən yüksək nəticə göstərən Günay Həbibli buna qədər “Bakı Metropoliteni” QSC-nin hərəkət xidmətində qatarları qəbul edib yola salan növbətçisi vəzifəsində çalışıb. Oxu.az

Bakucity.az

metro
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər