Bakı metrosunda qatarlar arasında intervallar azalacaq sürət artacaq - bakucity.az

Bakı metrosunda qatarlar arasında intervallar azalacaq sürət artacaq

Bakı Metropolitenində tətbiq edilən yeni sitemlərlə bağlı təqdimat olub

Bakucity.az xəbər verir ki, bu gün Fransanın "Thales" şirkətinin Bakı Metropoliteninin Bənövşəyi xətti üçün nəzərdə tutulmuş müasir sistemlərinin təqdim etmə mərasimi keçirilib.

Bakı Metropolitenində tətbiq edilən yeni sitemlərlə bağlı təqdimatı "Thales" şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Mehmet Şahan, texniki direktoru Mixail Malinovski aparıblar.

Təqdimat əsnasında "Bakı Metropoliteni" QSC-nin işarəvermə və rabitə xidmətinin rəisi Elçin Məmmədov və baş mühəndis Fəxrəddin Əmirov da yeni və mövcud sistemlərin müqayisəli təhlilini veriblər. Həmçinin "Thales"in Toronto və İstanbul mərkəzlərində təlim keçmiş mütəxəssislər - Rüfət Səmədov, Şahin Vəliyev, Rüstəm Məhərrəmov, Taleh Məmmədov və Nadir Osmanov əldə etdikləri təcrübə, apardıqları müşahidələr əsasında yeni sistemlərin üstünlüklərindən bəhs ediblər.

Təqdimatda bildirilib ki, hazırda xətlərinin sayı 3, stansiyalarının sayı 25, xətlərinin uzunluğu 36,6 km olan Bakı Metropoliteni uzunluğu 119,1 km-ə çatan və 76 stansiyanı əhatə edən 5 xətdən ibarət şəbəkəyə çevriləcək. Müstəqillik dövründə istifadəyə verilən ilk xətdə və onun fəaliyyətdə olan 2 stansiyasında ən müasir sistemlər tətbiq olunur və bu proses davamlı olaraq inkişaf etdirilir.

M.Malinovski qeyd edib ki, "Thales" metropolitenlərdə tətbiq edilən müasir avtomatlaşdırma sistemlərinin inkişaf etdirilməsi və tətbiqi sahəsində dünya liderlərindəndir. Hələ 2014-cü il mayın 12-də Fransa Prezidenti Fransua Ollandın Bakıya rəsmi səfəri çərçivəsində keçirilmiş Azərbaycan-Fransa iqtisadi forumunda "Bakı Metropoliteni" QSC ilə "Thales" şirkəti arasında ilkin araşdırmaların aparılmasına dair anlaşma memorandumuna əsasən işlərə başlanıb, uğurlu nəticələr əldə olunub.

M.Şahan isə Bakı Metropolitenində tətbiq ediləcək yeniliklərdən bəhs edərkən bildirib ki, sistemin mərhələlərlə quraşdırılması Bənövşəyi xəttin istismara verildiyi dövrdə başlanılıb. Gələcəkdə isə metropolitenin bütün infrastrukturunun SCADA sistemlərinə keçilməsi təmin ediləcək:

"Hazırda Bənövşəyi xətdə "Thales" şirkətinin 4 sistemi quraşdırılır. Bunlar qatarların hərəkətinə nəzarəti təmin edən mikroprosessor sistemi, Bənövşəyi xətdə başlayan, lakin gələcəkdə bütün metropoliteni əhatə edəcək dispetçer idarəetməsi, qatar dispetçeri ilə maşinist rabitəsini təmin edən "Tetra" radiorabitə sistemi, mühəndis-texniki qurğuları və eskalatorların idarə edilməsini təmin edən sistem və avadanlıqlardır. Artıq mikroprosessor idarəetməsi və "Tetra" rabitə sistemi xətdə fəaliyyət göstərir. Bakı Metropoliteninin mövcud Yaşıl və Qırmızı xətlərində qatarların hərəkətini SAT-ALİ (sürəti avtomatik tənzimlənmə, avtomatik lokomotiv idarəetmə) sistemləri əsasında həyata keçirilir. Lakin texnoloji inkişafın son məhsulu sayılan CBTC və yaxud qatarların radiodalğalarla idarə edilməsi sistemləri Bənövşəyi xətdən başlamaqla Bakı Metropolitenində tam fərqli eranın əvvəli olacaq. Bununla qatarların hərəkət təhlükəsizliyi ən yüksək həddə çatdırılacaq, avadanlıq və qurğuların, eləcə də qatarlar arasında intervalların azalmasına, elektrik enerjisinə qənaət olunmasına, qatarların hərəkət sürətinin artmasına, onların daha rəvan sürət yığıb dayanmasına və digər əsaslı təsirləri də nəzərə almaqla sərnişinlərin rahatlığının artırılmasına nail olunacaq".

O əlavə edib ki, 2019-cu il martın 11-də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransaya səfəri çərçivəsində imzalanmış Azərbaycan-Fransa sənədlərindən ikisi Bakı Metropoliteninin yaxın illərdəki inkişafını əhatə edir. Əməliyyat Nəzarəti Mərkəzinin yaradılması ilə bağlı müqavilə dispetçer idarəetməsinin qurulmasını təmin edəcək. Eyni zamanda, "Xocasən" deposunun işarəvermə və telekommunikasiya sisteminin reallaşdırılması istiqamətində işlər aparılacaq. Bununla yanaşı, hazırda Bakı Metropoliteninin Qırmızı və Yaşıl xətlərinin avtomatlaşdırma sistemlərinin yenilənməsi istiqamətində də ilk əhəmiyyətli addımlar atılır.

Təqdimat iştirakçıları daha sonra yeni sistemlərin quraşdırma işlərinin aparıldığı "Nərimanov" elektrik deposu ilə tanış olub. Media nümayəndələrinə "ox sayğacı" bazasında yeni sistemin quraşdırılması istqamətində əhəmiyyətli işlər barədə məlumat verilib. Qeyd olunub ki, orijinal mühəndis layihə həlli ilə seçilən yeni mərkəzləşmə məntəqəsi inşa olunur və ən müasir avadanlıqlarla təchiz edilir.

Sonda M.Malinovski onu da xüsusi vurğulayıb ki, yeni sistemlərin idarə edilməsi ilə bağlı kadr potensialının artırılması istiqamətində də mühüm addımlar atılır. 2018-ci ildə "Bakı Metropoliteni" QSC və "Thales" şirkətinin iştirakı ilə Fransa-Azərbaycan Universitetinin (UFAZ) kompüter fənn fakultəsi əsasında nəqliyyatda avtomatlaşdırma və kompyuter texnologiyası tətbiqi üzrə təlim kursu açılıb. Tədris prosesinin praktiki hissəsi Bakı Metropoliteninin istehsalat sahələrində aparılır. Trend

Bakucity.az

metro
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
3 baxış iyulda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Kriminal
O, ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edib Bakucity.az xəbər verir ki, Yasamal rayonu ərazisində azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanılıb. Verilən məlumata görə, zərərçəkənin valideynləri Yasamal rayon Polis İdarəsi 28-ci Polis Bölməsinə məlumat verərək bildiriblər ki, tanımadıqları şəxs onların övladlarına yaxınlaşaraq əlində olan 5 manat pulu soyğunçuluq yolu ilə alıb. Bölmə əməkdaşlarınını həyata keçirdikləri əməliyyat nəticəsind...
Hadisələr
Paytaxtda qayda pozan sürücünün görüntüləri yayılıb Bakucity.az xəbər verir ki, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi ilə hərəkət edən 99 LP 055 dövlət qeydiyyat nişanlı, “Land Cruiser” markalı avtomobilin sürücüsü piyadaların keçməsinə baxmayaraq, hərəkəti davam etdirib və buradan keçən qadını vurub. Qadının son anda dayanması onu ölümdən xilas edib. Bakı Şəhər Baş Polis İdarəsi Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, məsələ bar...
Cəmiyyət
Sürücülərdən diqqətli olmaları tələb edilir Bakucity.az xəbər verir ki, Bakıda keçirilən Avropa Gənclərin Yay Olimpiya Festivalı ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkət istiqaməti günün müəyyən saatlarında dəyişdiriləcək. Velosiped yarışlarının keçirilməsi ilə əlaqədar olaraq iyulun 23-də səhər saat 09:00-dan 13:00-a qədər və 16:00-dan 20:00-a qədər Salyan yolunun 14-cü km-dən Bibiheybət məscidinə qədər nəqliyyatın hərəkəti tam məhdudla...
Hadisələr
Hər iki şəxs iyulun 22-də tutulub Bakucity.az xəbər verir ki, Bakıda avtomobil oğurlayan şəxs saxlanılıb. Paytaxtın Binəqədi və Nəsimi rayon Polis idarələrinin əməkdaşları onu izləyərək Şabran ərazisində ələ keçiriblər. Məlumata görə, iyulun 18-dən 19-na keçən gecə Mir Cəlal küçəsindəki 147 nömrəli evin həyətindən 1988-ci il təvəllüdlü Azər Ağayevə məxsus 99 AM 356 dövlət qeydiyyat nişanlı, “Renault” markalı avtomobil oğurlanıb. Qaçırılmış avtomobil iyulun...
Ekologiya
Paytaxtda sabaha gözlənilən hava şəraiti açıqlanıb  Bakucity.az xəbər verir ki, iyulun 24-də Bakıda və Abşeron yarımadasında iyulun 24-də hava yağmursuz keçəcək. Mülayim şimal küləyi gecə və səhər arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 30-34, Bakıda gecə 23-25, gündüz 30-32 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 752 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz...
Cəmiyyət
İstehsal sexinin fəaliyyəti məhdudlaşdırılıb Bakucity.az xəbər verir ki, Bakının Xətai rayonu, R.Bağırov 24 ünvanında fəaliyyət göstərən, Rövşən Mikayılov Əvsəl oğluna məxsus “Əvsəloğlu” şirniyyat sexinin fəaliyyəti məhdudlaşdırılıb. Qida təhlükəsizliyi qeydiyyatı olmadan fəaliyyət göstərən şirniyyat sexinə ilkin baxış keçirilərkən müəssisədə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi aşkarlanıb. Baxış zamanı sanitar qovşağ...
Hadisələr
Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində ağac aşıb Bakucity.az xəbər verir ki, bu gün baş verən hadisəyə güclü külək səbəb olub. Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Bakıda güclü küləklə bağlı məlumat yayıb. (Oxu.az) Bakucity.az
Hadisələr
Nəzarətçi pul verməkdən imtina edən sürücünü təhdid edib Bakucity.az xəbər verir ki, paytaxtda avtomobilini park edən sürücü ilə nəzarətçi arasında mübahisə yaranıb. Sürücü dayanacaq üçün pul ödəmək istəməyib. Nəticə tərəflər arasında narazılıq yaranıb.  “İndi uşağa deyərəm, gəlib ayağını təkərin altına qoyar. Sonra gedib xəstəxanaya çolpa daşıyacaqsan”, - deyə nəzarətçi bildirib. Həmin görüntülər sosial şəbəkələrdə yayılıb. (Baku.ws) Bakucity.az
Cəmiyyət
Bəzi çimərliklərin girişindəki qapı və şlaqbaumlar çıxarılıb Bakucity.az xəbər verir ki, Bakının müxtəlif ərazilərində çimərliklərdə qoyulan maneə ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) şikayətlər daxil olub. Bununla bağlı BŞİH-nin Ticarət və Xidmət Departamenti reydlərə başlayıb. “Bir neçə gün əvvəl isə Şıx çimərliyindəki “Min bir gecə” obyektindən, Bilgəh və Türkan qəsəbəsindəki çimərlik ərazisində yerləşən obyektlərdən yenidən müraciətlər daxil...