Bakı metrosunda qatarların gecikmə səbəbi bilindi

Bakı metrosunda qatarların gecikmə səbəbi bilindi

Qatarların gecikməsinə əsas səbəb...

Bakucity.az xəbər verir ki, Bakı metrosunda qatarların gecikməsinə əsas səbəb sərnişinlərin qapıları saxlamasıdır.

Bu barədə “Bakı Metropoliteni”nin Depolar üzrə departament rəisi Faiq Əhmədov məlumat verib. 

Onun sözlərinə görə, qapılar tutulan zaman qapı silindirləri xarab olur:

“Qatarların depoya təmirə yollanmasının əsas səbəbi sərnişinlərin stansiyalarda qatarların qapılarını tutub saxlaması olur. Qapı silindirləri 2,8-3,2 atmosferə hesablanıb. İçərisində sıxlandırılmış rezinlər var. Onu saxlayanda yuxarı hissədə asqı dağılır. Yeni qatarlarda isə artıq sıxılmalara qarşı ötürücü var və sərnişinlər qapı arasında dayanıbsa ötürücü bunu görür və qapı avtomatik yenidən açılıb bağlanır”.

Bakucity.az

metro
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər