Bakıda keçmiş məhbus bıçaqlandı

Bakıda keçmiş məhbus bıçaqlandı

Bıçaqlayan şəxs də keçmiş məhbusdur

Bakucity.az xəbər verir ki, aprelin 12-də paytaxtın Binəqədi rayonunda keçmiş məhbuslar arasında dava düşüb.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Belə ki, Nəriman Nərimanov küçəsində insanların gözü önündə 48 yaşlı Almasi Tərlan adlı şəxs bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Araşdırma zamanı məlum olub ki, Almasi narkotik vasitənin saxlanılmasına görə əvvəllər məhkumluq həyatı yaşayıb.

Cinayəti törədən şəxs isə 47 yaşlı Tuqay Qasımov əvvəllər narkotik vasitənin qanunsuz dövriyyəsinə görə məhkum olunub. 

Hazırda onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Oxu.az

Bakucity.az

bıçaqlanma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər