Bakıda istirahət günü hava necə olacaq?

Bakıda istirahət günü hava necə olacaq?

Bakucity.az paytaxtda bazar gününün hava proqnozunu təqdim edir:

ETSN-dən verilən məlumata görə, Bakı və Abşeron yarımadasında aprelin 14-də hava şəraiti əsasən yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Bakıda gecə 10-12° isti, gündüz 17-19° isti, Abşeonda gecə 9-12° isti, gündüz 15-20° isti təşkil edəcək.

Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq. 

Bakucity.az

hava haqqında
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər