Bakı metrosunda qatarların sayı çoxalacaq

Bakı metrosunda qatarların sayı çoxalacaq

Bu barədə Bakı Metropolitenindən məlumat verilib

Bakucity.az xəbər verir ki, bu il "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti 6 yeni qatar tərkibi - 30 vaqon alacaq.

Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, artıq bununla bağlı Rusiyanın "Metrovaqonmaş" zavodu ilə müqavilə imzalanıb: "Qatarlar iyun ayından başlayaraq Azərbaycana gətiriləcək və "Bakı Metropoliteni"nin istifadəsinə veriləcək. Yeni qatarlar müasir standartlara cavab verən vaqonlardan ibarətdir. Vaqonlar müasir tipli kondisionerlərlə təchiz edilib. 6 vaqon bu ilin sonuna qədər Bakıya gətiriləcək". Trend

Bakucity.az

metro
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər